SƏNAYE

08 Oktyabr

Belarus Rusiyaya dizel yanacağı tədarükünü bərpa edib

Belarusiya Neft Şirkəti (BOC) 1 oktyabr 2020-ci il tarixindən etibarən Rusiyaya avtomobil yanacağı tədarükünü bərpa etdiyini BNK-nin Müşahidə Şurasının sədri Belorusneftə karbohidrogen tədarükü üzrə baş direktor müavini Sergey Kamornikov deyib.
Fins.az xəbər verir ki, onun sözlərinə görə, oktyabrın 1-dən 5-dək Belarusiya Rusiyaya 25 mindən çox ton dizel yanacağı ixrac edib.

Rusiyaya yanacaq tədarükü üçün beynəlxalq kotirovkaların əlavələrinin Ukrayna bazarına tədarükdən daha çox olduğunu vurğulayıb.
Kamornikov əlavə edbi ki, ilin sonuna qədər BNK hər ay Rusiyaya təxminən 50 min ton neft məhsulları tədarük etmək imkanının olduğunu bildirib.Təchizatın kiçik potensial həcmi BNK-nın Ukrayna, Polşa və Baltikyanı ölkələr üçün artıq uzunmüddətli tədarük öhdəliklərinin olması ilə izah olunur.
Daha əvvəl xəbər verildiyi kimi, 25 may tarixində Rusiya hökuməti bir fərman yayımladı və bu qərara əsasən, Rusiyaya benzinin və dizel yanacağının 2020-ci il oktyabrın 1-dək gətirilməsinə qadağa qoyulub.Qadağa ayrıca kerosin, təyyarə yanacağı, dəniz yanacağı və qaza şamil edilib. Eyni zamanda, məhdudiyyətlər tranzit yanacaq tədarükü üçün də tətbiq edilməyib. 

Müəllif:Aynur Qəniyeva