SƏNAYE

07 Oktyabr

 “Azəri-Çıraq-Günəşli” üzrə hasil edilən xam neftin həcmi AÇIQLANIB 

Azərbaycanda çıxardılan xam neftin 460 min barreli “Azəri-Çıraq-Günəşli” üzrə hasil edilib

Fins.az-ın məlumatına görə,bu barədə Azərbaycan Energetika Nazirliyi məlumat yayımlayıb 

Məlumata görə, Azərbaycanda 2020-ci ilin sentyabr ayında ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 653,5 min barrel olub.Xam neftin 460 min barreli “Azəri-Çıraq-Günəşli” üzrə hasil edilib.

Qeyd edək ki, 12 aprel tarixli “OPEC plus” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 mln. barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust- 31 dekabr tarixlərini əhatə edir.Razılaşmaya əsasən AÇG-də 567 min barreldən azaldılaraq 461 min barreldə, SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min barreldən ixtisar edilərək 126 min barrel həcmində saxlanılmalıdır. 

Müəllif:Aynur Qəniyeva