SƏNAYE

07 Oktyabr

Azərbaycanın gündəlik hasil etdiyi neftin həcmi AÇIQLANIB

2020-ci ilin sentyabr ayında ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 653,5 min barrel olub. 

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Energetika nazirliyi məlumat yayımlayıb

Məlumata görə,bunun 585 min barrelini xam neft, 68,5 min barrelini isə kondensat təşkil edib. Xam neftin 460 min barreli “Azəri-Çıraq-Günəşli”, 125 min barreli isə SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə hasil edilib.

Müəllif:Aynur Qəniyeva