SƏNAYE

05 Oktyabr

Energetika Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Energetika Nazirliyi və nazirliyin tabelyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi işğal altında olan torpaqlarımızın azadlığı, dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib. 

Fins.az xəbər verir ki, Energetika Nazirliyi və nazirliyin tabelyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əməkdaşları əmək haqlarından Silahlı Qüvvələrə Yardım Fonduna 312  206,13 manat pul  vəsaiti köçürüb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb

Müəllif:Aynur Qəniyeva