Siyasət

15 Yanvar

EIA Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) bu il Azərbaycanda gündəlik neft hasilatının 760 min barel, 2021-ci ildə isə 740 min barel olacağını proqnozlaşdırır.

Fins.az hesabata istinadən xəbər verir ki, bu, 2019-cu ilin (790 min barel/gün) göstəricisindən müvafiq olaraq 3,8% və 6% azdır.

Hesabata əsasən, 2020-ci ilin I rübündə gündəlik neft hasilatının həcmi 780 min barel, II rübündə 770 min barel, III rübündə 750 min barel, IV rübündə 760 min barel olacağı gözlənilir.

2021-ci ilin I rübündə gündəlik neft hasilatının 750 min barel, digər rüblərdə isə 740 min barel olacağı proqnozlaşdırılır.