SƏNAYE

14 Yanvar

Belarus neft alışı ilə bağlı Azərbaycana təklif ünvanlayıb

Belarus neft alışı ilə bağlı Ukrayna, Polşa, Qazaxıstan, Azərbaycan və Baltikyanı ölkələrinə kommersiya təklifləri ünvanlayıb. Bu barədə baş nazirin birinci müavini Dmitri Krutoy bəyan edib.

“Biz müvafiq kommesiya təklifləri göndərmişik. Bütün mümkün ölkələrə: həm Ukrayna, həm Baltikyanı ölkələr, həm Polşa, həm Qazaxıstan, həm Azərbaycana”, - “BelTA” dövlət agentliyi çərşənbə axşamı Krutoyun sözlərindən sitat gətirir.

“Zavodlarımızın, Belarus neft şirkətinin bütün kommersiya xidmətləri praktiki olaraq gündəlik rejimdə danışıqlar aparır. Düşünürəm ki, yaxın zamanda konkret neft tədarükü ilə bağlı alternativ variantlar əldə edəcəyik”, - baş nazirin birinci müavini bildirir.