SƏNAYE

14 Yanvar

Azərbaycan 2019-cu ildə qaz ixracından gəliri 57,8% artırıb

2019-cu ildə Azərbaycan 30 mln. 837,085 min ton bəyan edilmiş neft ixrac edib. Fins.az xəbər verir ki, bu barədə “Dövlət Gömrük Komitəsindən (DGK) məlumat  yayımlayıb.

“2019-cu ildə Azərbaycandan ixrac olunmuş $14 mlrd. 814 mln. 132,71 min dəyərində neftin bəyan edilmiş həcmi 30 mln. 837,085 min ton təşkil edib”, - Komitədən bildirilir.

2018-ci ildə ixrac edilmiş $15 mlrd. 719 mln. 482,37 min dəyərində neftin bəyan edilmiş həcmi 29 mln. 498,337 min ton təşkil edib. Beləliklə, 2019-cu il ərzində neft ixracı miqdar ifadəsində 4,5% artıb, dəyər ifadəsində 5,8% azalıb.

2019-cu il ərzində Azərbaycan $2 mlrd. 366 mln. 833,7 min dəyərində 12 mlrd. 537 mln. 405,17 min kubmetr bəyan edilmiş qaz ixrac edib.

2018-ci ildə Azərbaycan ixrac edilmiş $1 mlrd. 499 mln. 385,84 min dəyərində qazın bəyan edilmiş həcmi 7 mlrd. 900 mln. 12,99 min kubmetr təşkil edib. Beləliklə, 2019-cu il ərzində qaz ixracı miqdar ifadəsində 58,7%, dəyər ifadəsində 57,8% artıb