SƏNAYE

14 Yanvar

Toxunmuş xalçaların 87%-i satılmamış qalır

2019-cu il ərzində “Azərxalça”nın 21 filialında 2 min 555 ədəd, 8 min 836 kvadratmetr xalça toxunub.

 

“Azərxalça” ASC-nin mətbuat xidmətindən “Marja”ya verilən məlumata görə, Cəmiyyətin filialları arasında ən məhsuldarı Lənkəran şəhərindəki xalça istehsalı emalatxanasıdır. Belə ki, 2019-cu ildə Lənkəran filialında 900 kvadratmetr xalça istehsal olunub.

 

“Azərxalça”nın fəaliyyəti dövründə, ümumilikdə, 4 min 292 ədəd, 14 min 770 kvadratmetr xalça toxunub. Həmin xalçaların 4 min 559 kvadratmetri satışa hazırlanıb ki, onun da 1919 kvadratmetri və ya 13%-i satılıb.

 

"Xalça fabriklərində toxunan xalçalar artıq “Azərbaycan brendi” kimi dünyaya ixrac olunur. İndi ölkəmizdə istehsal olunan xalçalar dünyanın müxtəlif ölkələrində satışa çıxarılır. Odur ki, “Azərxalça” keyfiyyətli məhsul istehsalına ciddi diqqət yetirir.

 

Bu il əsas diqqət yetiriləcək məsələlərdən biri də istehsal olunan məhsulun daha geniş səviyyədə xarici bazarlara çıxarılmasıdır. 2019-cu ildə potensial xalça alıcısı olan ölkələrin bu sahə üzrə ixtisaslaşmış şirkətləri ilə əlaqələr yaradılıb, danışıqlar aparılıb",- ASC-dən bildirilib.