SƏNAYE

14 Yanvar

Azərbaycan alüminiumun ixracını kəskin artırıb

Ötən il Azərbaycan 128 049,07 min ABŞ dolları dəyərində 64 674,21 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib.

Fins.az xəbər verir ki, "APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, 2019-cu ildə Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri 2018-ci ilin göstəricisi ilə müqayisədə 14,1%, həcmi isə 30,8% artıb.