SƏNAYE

14 Yanvar

476 qaz təhcizatı ilə bağlı müraciət cavablandırılıb- ENERGETİKA NAZİRLİYİNİN HESABATI

2019-cu ilin yanvar-dekabr ayları ərzində Energetika Nazirliyinin Çağrı Mərkəzi tərəfindən 1763 zəng qəbul edilib.

Fins.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat  yayımlayıb

Məlumatda bildirilir ki,daxil olan zənglər əsasən, elektrik enerjisi və qaz təchizatı məsələlərini əhatə edib. Daxil olan zənglərdən  798-i enerji təchizatı, 476-ı qaz təchizatı, 75-i elektrik və qaz sayğaclarının quraşdırılması, 13-ü mərkəzi istilik sistemi, 160-ı isə digər məsələlərlə bağlı müraciətlər olub. Qeyd olunur ki zənglərin 241-ni isə sorğu və müraciətlərin həlli ilə bağlı təşəkkür zəngləri təşkil edib.

Həmçinin bildirilir ki, hesabat dövründə qaz təchizatı üzrə qəbul edilən zənglərdən 191-i Fövqəladə Hallar Nazirliyindən daxil olan qaz sızması və dəm qazı ilə bağlı müraciətlər olub ki, bu zənglər operativ şəkildə “Azəriqaz” İB-nin qaynar xətt nömrələrinə ötürülərək yaranmış vəziyyətlə bağlı məlumat verilib.

Qey edilir ki, çağrı Mərkəzi vasitəsilə nazirliyə daxil olan bütün zənglər çevik şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər operativ şəkildə aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

 Müəllif:Aynur Qəniyeva