SƏNAYE

09 Yanvar

Azərbaycan ötən il qaz hasilatını 16 faizdən çox artırıb

"Ötən il ərzində Azərbaycanda təxminən 35,6 mlrd. kubmetr təbii qaz hasil edilib". Bunu  Azərbaycanın Energetika nazirinin müşaviri – mətbuat katibi Zəminə Əliyeva deyib.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 30,6 mlrd. kubmetrə yaxın qaz hasil edilib. Əvvəlki ilin göstəricisi ilə müqayisədə 2019-cu ildə ölkədə qaz hasilatı 5 mlrd. kubmetr və ya 16,3 faiz artıb.

(c) APA