SƏNAYE

07 Yanvar

“Azərbaycan Sənaye Korporasiyası”nın şərab istehsalı müəssisəsinin nizamnamə kapitalı artırılıb

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “ASK Şəki Şərab” MMC-nin nizamnamə kapitalı 280 min manat və yaxud 6% artırılıb.

Fins.az xəbər verir ki, şirkətin kapitalı 4 660 187 manatdan 4 940 187 manata çatdırılıb.

Xatırladaq ki, “ASK Şəki Şərab” 2011-ci ildə, Şəki şəhərinin Çələbi xan qəsəbəsində təsis edilib. Zavoddakı avadanlıqlar İtaliyanın "Della Toffola" brendinə məxsusdur. 

(c)“Renkinq”