SƏNAYE

29 Dekabr

Azərbaycanda qaz sayğacları zərbəyə davamlı qutularla təchiz olunacaq

"Azəriqaz" İstehsalat Birliyi abunəçilərin qaz sayğaclarını kənar müdaxilələrdən qoruyacaq.

Bunu jurnalistlərə açıqlamasında İB-nin baş direktoru Ruslan Əliyev deyib.Onun sözlərinə görə, sayğacların mühafizəsi məqsədilə yeni qutular tətbiq olunacaq.

"Bu, vətəndaşları çox narahat edən məsələdir. Artıq belə bir zərbəyə davamı qutu pilot olaraq hazırlanıb. Onların alınması ilə bağlı tenderin keçirilməsi nəzərdə tutulub", - deyə R. Əliyev qeyd edib.

(c)APA