SƏNAYE

28 Dekabr

“SOCAR Polymer” ixracı kəskin artırıb

“SOCAR Polymer” şirkəti bu ilin yanvar-noyabr ayları ərzində 72,2 mln ABŞ dolları dəyərində məhsul ixrac edib, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 18 dəfə çoxdur.

Bu barədə  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən xəbər verir. Məlumata əsasən, keçən ilin müvafiq dövründə şirkət 4 mln. dollar dəyərində məhsul ixrac edib.

“SOCAR Polymer” şirkəti Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidentidir. 2013-cü ildə formalaşmağa başlayan Sumqayıt Kimya Sənaye Parkı Bakıdan 30 kilometr şimalda yerləşir.

Şirkət biri polipropilen (PP), digəri isə yüksək sıxlıqlı polietilen (YSPE) istehsalı üçün nəzərdə tutulan iki zavod inşa edib. Həmin PP və YSPE zavodlarının istehsal gücü müvafiq olaraq ildə 184 min və 120 min ton təşkil edir.