SƏNAYE

28 Dekabr

Hindistan Azərbaycandan neft idxalını 35 faizdən çox artırıb

Bu ilin yanvar-noyabr aylarında Hindistan Azərbaycandan gündəlik olaraq 56,2 min barel neft idxal edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 35,6 faiz çoxdur.  Məlumata görə, ümumilikdə Hindistan bu ilin 11 ayı ərzində gündəlik 4,47 mln. barel neft idxal edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz azdır. Bu il ölkəyə ən çox neft İraqdan idxal olunub. 2019-cu ilin on bir ayı ərzində bu göstərici gündəlik 1,05 mln. barelə bərabər olub və keçən ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz artım qeydə alınıb.

(C)APA