SƏNAYE

28 Dekabr

Azərbaycanın metallurgiya şirkətinin ixracı tənəzzüldədir – 2 DƏFƏ AZALDI

Azərbaycanın  10 ən böyük böyük özəl ixracatçısından biri olan "Baku Steel Company" MMC-nin ixracı azalmaqda davam edir.

Fins.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin dekabr sayına istinadən xəbər verir ki, metallurgiya şirkəti "Baku Steel Company" tərəfindən 2019-cu ilin 11 ayı ərzində 26,5 milyon dollarlıq ixrac həyata keçirilib. Bu, ötən ilin müvafiq dövrünə nəzərən 2 dəfə azdır. "Baku Steel Company" tərəfindən 2018-ci ilin 11 ayı ərzində 52,8 milyon dollarlıq ixrac həyata keçirilmişdi.

 

Qeyd edək ki, metallurgiya şirkəti  tərəfindən 2018-ci il ərzində 57,2 milyon dollarlıq məhsul ixrac edilmişdi. 2017-ci illə müqayisədə şirkətin ixracı 2,5 milyon dollar və ya 4,2% azalmışdı. "Baku Steel Company" 2017-ci ildə 59,7 milyon dollarlıq məhsul ixrac etmişdi.