SƏNAYE

19 Dekabr

Nazirlər Kabineti : 2021-2024-cü illər üçün ölkənin yanacaq-enerji balansını hazırlamalıdır

Azərbaycan prezidenti İlham Əliyev 2021-ci il və sonrakı üç il üçün ölkənin yanacaq-enerji balansını hazırlamağı tapşırıb.

“Nazirlər Kabineti altı ay müddətində balansı hazırlayaraq Azərbaycan prezidentinə təqdim etməlidir”

Bundan əlavə, Nazirlər Kabinetinə Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin təklifləri əsasında vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi qaydalarını hazırlayıb doqquz ay müddətində təsdiq etmək tapşırılıb.