RƏSMİ

18 Fevral

ABŞ Ticarət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Visa Azərbaycanda bank və dövlət qurumları ilə innovativ həlləri müzakirə edib

Visa ABŞ Ticarət Palatasının Azərbaycana ilk biznes missiyasında iştirak edir

Finss.az - Rəqəmsal ödənişlər sahəsində qlobal lider olan Visa (NYSE: V) şirkəti ABŞ Ticarət Palatasının Azərbaycana ilk biznes missiyasına dəstək göstərib və missiyada iştirak edib. Visa-nın bu təşəbbüsdə iştirakı şirkətin yerli bazara strateji yönümünü və ölkədə müasir, təhlükəsiz və innovativ ödəniş ekosisteminin inkişafına verdiyi töhfəni bir daha təsdiqləyir.

Biznes missiyası 9-10 fevral tarixlərində ABŞ Ticarət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində baş tutub. İki gün ərzində proqram çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, eləcə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və digər əsas dövlət qurumlarının nümayəndələrinin  və biznes liderlərinin iştirakı ilə işgüzar görüşlər, sektorlara yönəlik sessiyalar və dəyirmi masalar keçirilib. Əsas müzakirə mövzuları maliyyə və investisiya, müdafiə sənayesi, energetika və ABŞ ilə Azərbaycan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq idi.

Visa şirkətində Baş vitse-prezident və Ukrayna, Gürcüstan, MDB və Cənub-Şərqi Avropa (CISSEE) üzrə regional menecer Kristina Doros şirkətin 30 il ərzində Azərbaycan bankları ilə səmərəli əməkdaşlığı dəstəklədiyini qeyd edib və "Azərbaycan-2030" strategiyası çərçivəsində milli prioritetlərə uyğun təşəbbüslər üzrə Azərbaycan Hökuməti ilə əməkdaşlığa və tərəfdaşlığa görə minnətdarlığını bildirib.

"Biz bu mühüm biznes missiyasını və Azərbaycanda artan rəqəmsal ödəniş ekosistemini dəstəkləməkdən qürur duyuruq. Visa şirkəti innovasiyaların, maliyyə inklüzivliyinin, habelə bizneslərin imkanlarını genişləndirən və ölkənin iqtisadi transformasiyasını dəstəkləyən nağdsız həllərin təşviqinə qətiyyətlə sadiqdir" - deyə, Kristina Doros bildirib.

“Visa” şirkətinə əməkdaşlığa görə təşəkkür edən və əlaqələrin perspektivinə toxunan Prezident İlham Əliyev dedi: "Mən  “Visa“ ilə çox məhsuldar əməkdaşlıq barədə hökumət qurumlarımızdan məlumat almışam və biz bundan məmnunuq. Əlbəttə ki, siz burada müxtəlif tərəfdaşlarla – İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və bir çox digər təşkilatlarla işləyirsiniz. Gündəliyimiz, planlarımız və burada görülən işlər barədə məlumatınız var. Biz birmənalı olaraq, müasirləşməni davam etdirmək, insanların gündəlik həyatını daha rahat etmək üçün gələn illərdə “Visa“ ilə sıx işləyəcəyik. Çox sağ olun".

Visa nümayəndələri bir neçə tematik müzakirədə iştirak ediblər. Visa şirkəti iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə keçirilən "İqtisadiyyat və İnnovasiya" mövzusunda dəyirmi masada təhlükəsiz, innovativ və fırıldaqçılığın qarşısının alan, qlobal standartlara cavab verən texnologiyaların, o cümlədən Visa Token Service və Tap to Phone texnologiyalarının tətbiqi istiqamətində banklar və dövlət qurumları ilə sıx əməkdaşlığını vurğulayıb. Bu innovasiyalar bütün dünyada rəqəmsal ödənişlər sahəsində Azərbaycanın lider mövqeyini dəstəkləməyə, etimadı artırmağa kömək edib. Süni intellekt və Agent əsaslı ticarət də daxil olmaqla yeni nəsil həllərin potensialına xüsusi diqqət yetirilib.

Texnologiya və Nəqliyyat Dialoqu çərçivəsində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin iştirakı ilə ağıllı mobillik və nəqliyyat infrastrukturunun modernləşdirilməsi istiqamətində praktik addımlar müzakirə edilib. Əsas mərhələlərdən biri 2025-ci ilin noyabrında Visa-nın iştirakı ilə həyata keçirilən Bakı metrosunda və yerüstü nəqliyyatda rəqəmsal ödənişlərin qəbulunun başlanması oldu.

Həmçinin maliyyə sektorunun inkişafı ilə bağlı davam edən dialoq çərçivəsində Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovla daha bir mühüm görüş keçirilib. Müzakirə, stabilkoin istifadə halları və agent əsaslı ticarət daxil olmaqla innovativ həllər, eləcə də ölkənin rəqəmsal iqtisadiyyatının inkişafında qabaqcıl ödəniş texnologiyalarının rolu mövzularına həsr olunub. Söhbət əsnasında həmçinin tənzimləyici orqanla sıx əməkdaşlığın və təhlükəsiz, davamlı və gələcəyə hazır maliyyə infrastrukturunun qurulması üçün birgə səylərin vacibliyi vurğulanıb.

Azərbaycan həmişə Visa üçün strateji bazar olub. Şirkət ölkədə müasir, təhlükəsiz və innovativ ödəniş ekosisteminin inkişafına dəstək verməyə davam edəcək. İrəliyə baxaraq deyə bilərik ki, Visa-nın kibertəhlükəsizlik, süni intellekt və rəqəmsal infrastruktur sahəsindəki qlobal imkanları (10 milyard ABŞ dollarından çox investisiya ilə dəstəklənən) Azərbaycanın innovasiyayönümlü inkişafına töhfə vermək üçün yaxşı mövqedədir.

Visa (NYSE: V) rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və regionunda istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir. Şirkətin missiyası innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, iqtisadi əlçatanlığın hamı üçün genişləndirilməsi bütün dünyada insanların güzəranını yaxşılaşdırır və pulların gələcək qlobal hərəkətinin əsası təşkil edəcək. Daha ətraflı məlumat üçün: visa.com.az.