RƏSMİ

09 Fevral

Naxçıvan Muxtar Respublikasına yeni Baş nazir təyin olunub

Naxçıvan Muxtar Respublikasına yeni Baş nazir təyin olunub.

Finss.az-ın məlumatına görə, bu barədə qərar Naxçıvan MR Ali Məclisi tərəfindən qəbul edilib.

Azərbaycan Prezidentinin təqdimatı əsasında Ali Məclisin qərarı ilə Cabbar Musayev Naxçıvan MR-in yeni Baş naziri təyin edilib.

Qeyd olunur ki, Cabbar Musayev bundan əvvəl Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Bu vəzifədən onun azad edilməsi ilə bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Beləliklə, Cabbar Hafiz oğlu Musayev artıq Naxçıvan Muxtar Respublikasında Baş nazir postuna rəsmi olaraq təyin olunub.