2025-ci ilin icmal büdcəsi 47,955 milyard manat gəlir və 44,652 milyard manat xərclə icra olunaraq 3,303 milyard manat profisit yaradıb.
Bu barədə Finss.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.
İcmal büdcənin tərkib hissəsi olan fondların icrası belə olub:
- Dövlət Sosial Müdafiə Fondu: gəlir 8,089 milyard manat, xərclər 7,518 milyard manat
- İşsizlikdən Sığorta Fondu: gəlir 242,3 milyon manat, xərclər 213,3 milyon manat
- İcbari Tibbi Sığorta Fondu: gəlir 2,006 milyard manat, xərclər 2,418 milyard manat
- Azərbaycan Respublikası Dövlət Neft Fondu: gəlir 17,169 milyard manat, xərclər 14,586 milyard manat
Hesabat dövründə Naxçıvan Muxtar Respublikasının büdcəsi də müsbət dinamika nümayiş etdirib: gəlir 451,0 milyon manat, xərclər 445,6 milyon manat təşkil edib.
Fuad Mədətov
Finss.az
