2026-cı il 1 yanvar tarixinə Azərbaycanın dövlət zəmanətli borcunun ümumi məbləği 10,368 milyard manat, yəni 2025-ci ilin faktiki ÜDM-inin 8,0 faizi səviyyəsində olub.
Finss.az xəbər verir ki, dövlət zəmanətinin 8,725 milyard manatı (5,133 milyard USD) və ya 84,2%-i xarici dövlət zəmanətli kreditlərin, 1,643 milyard manatı (15,8%) isə daxili dövlət zəmanətli kreditlərin payına düşüb.
Dövlət zəmanətli borcun valyuta tərkibi
- ABŞ dolları – 63,9 %
- Avro – 17,7 %
- Manat – 12,8 %
- Yapon yeni – 3,7 %
- Digər valyutalar – 1,9 %
Müddət üzrə tərkib
- 5 ilə qədər – 73,9 %
- 5 ildən 10 ilə qədər – 16,6 %
- 10 ildən yuxarı – 9,5 %
Hesabat dövründə dövlət zəmanətli borcun böyük hissəsi xarici kreditlərdən ibarət olub, əsas valyuta isə ABŞ dollarıdır. Borcun əksəriyyəti isə 5 ilədək müddətdə qaytarılmalıdır, bu da dövlətin qısa və orta müddətli maliyyə öhdəliklərinin idarə olunmasını ön plana çıxarır.
Fuad Mədətov
Finss.az
