2025-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 47,955 milyard manat, xərcləri isə 44,652 milyard manat məbləğində icra olunub.
Finss.az bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə icmal büdcədə 3,303 milyard manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.
İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 8,089 milyard manat, xərcləri 7,518 milyard manat təşkil edib. İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri 242,3 milyon manat, xərcləri isə 213,3 milyon manat səviyyəsində icra olunub.
Hesabat dövründə İcbari Tibbi Sığorta Fondunun büdcəsinin gəlirləri 2,006 milyard manat, xərcləri isə 2,418 milyard manat olub.
Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcəsinin gəlirləri 17,169 milyard manat, xərcləri isə 14,586 milyard manat məbləğində icra edilib.
Maliyyə Nazirliyinin məlumatına görə, hesabat dövründə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 451,0 milyon manat, xərcləri isə 445,6 milyon manat təşkil edib.
Fuad Mədətov
Finss.az
