Finss.az - Ölkə iqtisadiyyatının və ixracın şaxələndirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir.
2025-ci ildə Azərbaycanın qeyri-neft-qaz əmtəə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,1% artaraq 3,628,2 milyon ABŞ dolları səviyyəsinə çatıb və bu, ölkənin müstəqillik tarixində ən yüksək göstəricidir.
Makroiqtisadi sabitliyin gücləndirilməsi məqsədilə, 2025-ci ildə strateji valyuta ehtiyatlarının mühüm elementi kimi 6,259,7 milyon ABŞ dolları həcmində qızıl idxal olunub. Qeyd edilir ki, qızıl idxalı real istehlak və iqtisadi aktivlik ilə bağlı olmadığından, daxili tələb və idxal aktivliyi təhlilində nəzərə alınmır.
Qızıl idxalı istisna etməklə, Azərbaycanın xarici ticarət balansının müsbət saldosu 6,922,8 milyon ABŞ dolları təşkil edib. Qızıl idxalı nəzərə alınmadan idxalın həcmi 18,120,0 milyon ABŞ dolları olub ki, bu da 2024-cü illə müqayisədə cəmi 2,1% artım deməkdir.
