2025-ci il ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 352 milyon 409,8 min manat məbləğində vəsaitin geri qaytarılması həyata keçirilib və bu göstərici vergi qaytarmaları üzrə əhəmiyyətli həcmi əks etdirib.
Finss.az Maliyyə Nazirliyinin məlumatına əsasən xəbər verir ki, geri qaytarılan vəsaitlər əsasən fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə obyektlərində, mədəniyyət və tibbi xidmət sahələrində, həmçinin işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən mehmanxanalarda etdikləri ödənişlər üzrə ƏDV-nin qaytarılması ilə bağlı olub. Eyni zamanda, əcnəbilər tərəfindən Azərbaycan ərazisində istehsal olunan və kommersiya məqsədi daşımayan malların alınmasına görə ödənilmiş ƏDV məbləğləri də geri qaytarılıb.
Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələri üzrə ödənilmiş ƏDV-nin bir hissəsi, eləcə də artıq ödənilmiş digər vergilər, dövlət rüsumları və müxtəlif ödənişlər büdcə vəsaiti hesabına geri ödənilib.
Fuad Mədətov
Finss.az
