RƏSMİ

08 Yanvar

COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv olunub

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 30 dekabr 2025-ci il tarixli 1167/ü nömrəli əmri ilə COP29 Azərbaycan Əməliyyat Şirkəti rəsmi olaraq ləğv edilib.

Finss.az xəbər verir ki, şirkətin ləğv prosesi çərçivəsində ləğvetmə komissiyası yaradılıb və bu komissiya ləğv olunmuş şirkətin bütün maliyyə və hüquqi məsələlərinə nəzarət edəcək.

Komissiyanın məlumatına görə, ləğv olunmuş COP29 Azərbaycan Əməliyyat Şirkətinin kreditor borcları ilə bağlı iddialar yalnız iki ay ərzində təqdim edilməlidir.

Qeyd olunur ki, bu müddətdən sonra təqdim olunmuş iddialara baxılmayacaq və hüquqi proseslərə daxil edilməyəcək.