2025-ci ilin yanvar–noyabr aylarında dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 292 milyon 704,3 min manat məbləğində vəsait geri qaytarılıb.
Finss.az Maliyyə Nazirliyinin məlumatına əsasən xəbər verir ki, geri qaytarılan vəsaitlər aşağıdakı sahələri əhatə edib:
- Ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınması üzrə əcnəbilər tərəfindən ödənilmiş ƏDV;
- Fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə, mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlər üzrə ödənilmiş ƏDV;
- İşğaldan azad edilmiş ərazilərdə mehmanxana xidmətləri üzrə ödənişlər;
- Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin nağdsız qaydada ödəmiş olduğu ƏDV, artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları.
