Bu yaxınlarda Toponimiya Komissiyasının iclası keçiriləcək.
Finss.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxışı zamanı məlumat verib.
Sədr bildirib ki, ölkədə coğrafi və tarixi adların dəyişdirilməsi məsələlərinə xüsusi diqqətlə yanaşılır və bu proses hərtərəfli araşdırmalar əsasında aparılır. Onun sözlərinə görə, mövzu ilə bağlı qaldırılan məsələlər mühüm əhəmiyyət kəsb edir və Komissiyanın növbəti iclasında müzakirə olunacaq.
S.Qafarova vurğulayıb ki, toponimiya məsələlərinə yanaşmada həm tarixi, həm də coğrafi aspektlər nəzərə alınır və bu istiqamətdə görülən işlər davam etdirilir.
