Zəngəzur dəhlizi Avrasiya nəqliyyat mənzərəsini dəyişdirəcək və Azərbaycan bu prosesdə mühüm rol oynayacaq.
Finss.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Belçikanın “EU Today” nəşrinə verdiyi müsahibədə bildirib.
H.Hacıyev qeyd edib ki, Bakı bu dəhlizi, həmçinin Avropa İttifaqının “Global Gateway” təşəbbüsü çərçivəsində yeni nəqliyyat strukturlarının bir hissəsi kimi görmək niyyətindədir.
O əlavə edib ki, Zəngəzur dəhlizi Azərbaycanın “sülhü qazanmaq strategiyası”nın praktik elementi hesab olunur:
"Azərbaycan üçün müharibə bitib və münaqişə sona çatıb. İndi sülhü möhkəmləndirməli və onun davamlı olmasını təmin etməliyik".
