2025-ci ilin yanvar–oktyabr aylarında Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlər 12 milyard 67,5 milyon manat təşkil edib.
Finss.az Maliyyə Nazirliyinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,3% artım deməkdir.
2025-ci il üçün ARDNF tərəfindən dövlət büdcəsinə köçürülməsi nəzərdə tutulan məbləğ 14,5 milyard manatdır. Bu o deməkdir ki, Fondun transfertləri proqnoza qarşı 100% icra edilib.
Fuad Mədətov
Finss.az
