Azərbaycan Respublikası Milli Məclisinin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclası keçirilib.
Finss.az xəbər verir ki, iclasın gündəliyində “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub.
Məlumata görə, 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 609 000,0 min manat, xərcləri isə 41 703 600,0 min manat səviyyəsində proqnozlaşdırılır. Bu göstəricilər aşağıdakı kimi bölünüb:
- Mərkəzləşdirilmiş gəlirlər: 37 850 712,0 min manat
- Yerli gəlirlər: 758 288,0 min manat
- Mərkəzləşdirilmiş xərclər: 40 944 465,0 min manat
- Yerli xərclər: 759 135,0 min manat
Şəhər və rayonlar üzrə gəlirlər 16 910 000 000,0 manat, o cümlədən məqsədli büdcə fondları üçün 334 400 000,0 manat, yerli xərclər isə 759 135 000,0 manat olaraq proqnozlaşdırılır.
Büdcədə daxili dövlət borclanmasının limiti 2 000 000,0 min manat, xarici dövlət borclanmasının limiti 6 000 000,0 min manat, il ərzində veriləcək dövlət zəmanətlərinin limiti 3 000 000,0 min manat müəyyən edilib.
Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 094 600,0 min manat təşkil edəcək və onun maliyyələşdirilməsi özəlləşdirmə və digər mənbələrdən, o cümlədən daxili və xarici borclanma vasitəsilə həyata keçiriləcək.
Eyni zamanda, müvafiq icra hakimiyyəti orqanlarının gəlirləri nəzərə alınmadan, icmal büdcə kəsirinin limiti 16 902 226,6 min manat səviyyəsində müəyyən ediləcək.
