İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurulması məqsədilə hazırlanan Böyük Qayıdış I planı çərçivəsində 2026–2029-cu illərdə 13,5 milyard manat xərclənməsi proqnozlaşdırılır. Bu məbləğin əsaslı xərclərdə xüsusi çəkisi 23,5 faiz təşkil edir.
Finss.az-ın məlumatına görə, bu göstərici Maliyyə Nazirliyi tərəfindən hazırlanmış “2026–2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi” sənədində əksini tapıb.
Sənədə əsasən, dövlət büdcəsinin əsaslı xərclərinin böyük hissəsi Böyük Qayıdış Proqramının icrasına, həmçinin ölkənin müdafiə və təhlükəsizlik potensialının gücləndirilməsi istiqamətində layihələrə yönəldiləcək.