Baş nazir Əli Əsədov büdcə təşkilatlarında mühasibat uçotunun elektron formada aparılması mərhələlərinin müəyyən edilməsi haqqında qərar imzalayıb.
Finss.az xəbər verir ki, qərara əsasən, büdcə təşkilatları tərəfindən “e-mühasibat” informasiya sistemində yerləşdirilmiş mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatı vasitəsilə mühasibat uçotunun elektron formada aparılması aşağıdakı mərhələlərdə həyata keçiriləcək:
1. Tabeli təşkilatı (təşkilatları) olmayan büdcə təşkilatları – 2027-ci il yanvarın 1-dən.
2. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən büdcə təşkilatları – 2028-ci il yanvarın 1-dən.