RƏSMİ

24 İyul

“Yaşıl enerji məkanı” işçi alt qrupu ilk iclasını keçirdi

Finss.az - Azərbaycan Respublikasının 2027-2030-cu illər üçün sosial-iqtisadi inkişaf Strategiyasının hazırlanması çərçivəsində “Yaşıl enerji məkanı” işçi alt qrupunun ilk iclası keçirilib.

İclasda ölkənin energetika naziri Parviz Şahbazov ölkədə energetika sektorunda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar və yaşıl enerji sahəsində prioritetlər barədə məlumat verib.

İclasda 2022-2026-cı illər üçün iqtisadi inkişaf Strategiyasının həyata keçirilməsi zamanı əldə olunmuş təcrübə və qlobal yaşıl enerji trendləri nəzərə alınaraq, 2027-2030-cu illər üçün fəaliyyət istiqamətləri, ilkin tədbirlər və koordinasiya mexanizmləri müzakirə olunub. İşçi alt qrupun yaradılması Nazirlər Kabinetinin 18 iyun 2025-ci il tarixli sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişaf üzrə milli prioritetlər” proqramı çərçivəsində reallaşdırılır.

Yaşıl enerji strategiyasının uğurla həyata keçirilməsi Azərbaycanın iqtisadi inkişafında davamlılığı təmin etməklə yanaşı, investisiya mühitinin yaxşılaşdırılması və yeni iş yerlərinin yaradılması üçün də önəmli amildir.