RƏSMİ

11 İyul

“Pambıqçılıq haqqında” - Qanun

“Pambıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

“Pambıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 576 (Cild I); 2024, № 4, maddə 365) aşağıdakı dəyişikliklər edilsin:

1. 11.3-cü maddənin birinci cümləsində “müvafiq qaydada tərtib edilmiş pambıq qəbulu qəbzi” sözləri “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələrinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-fakturaları və ya malların alış aktları” sözləri ilə əvəz edilsin.

2. 14-cü maddə ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyun 2025-ci il