RƏSMİ

08 İyul

Sabit tarif əsas əhali istehlakçılarına əlavə maliyyə yükü yaratmayacaq - Orxan Zeynalov

Sabit tarif əsas əhali istehlakçılarına əlavə maliyyə yükü yaratmayacaq.

Finss.az xəbər verir ki, bu sözləri energetika nazirinin müavini Orxan Zeynalov parlamentin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, sabit tarifə aid xərclər hazırda aktiv istehlakçılar tərəfindən mövcud tarif daxilində ödənilir:

“Bu yanaşma əsas əhali istehlakçıları üçün əlavə maliyyə yükü yaratmayacaq. Azərbaycanda məişət abonentlərinin sayğacları abonentin deyil, paylayıcının hesabına təchiz olunur.

Türkiyə, Rusiya, Gürcüstanda isə sayğacların dəyəri birbaşa abonentlər tərəfindən ödənilir. Hər bir abonentin şəbəkəyə qoşulması zəncirvari texniki prosesdir və bunun üçün əlavə maliyyə yükü və infrastruktur tələb olunur. Yəni, abonent enerji istehlak edib-etməməsindən asılı olmayaraq müəyyən xərclər yaradır.

Bu baxımdan sual yaranır: niyə istehlak etməyən passiv abonentlərin xərclərini digər vətəndaşlar ödəməlidir? Gələcəkdə tarif sisteminin təkmilləşdirilməsi ədalətli və əlçatan tariflərin formalaşmasına səbəb olacaq”, – deyə O. Zeynalov vurğulayıb.