Füzuli Peşə Təhsil Mərkəzinin 700 nəfərlik tələbə tutumuna malik yeni binasının tikintisi sürətlə davam edir.
Finss.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin illik hesabatında məlumat verilib.
Bildirilib ki, Mərkəzdə müasir əmək bazarının tələblərinə uyğun olaraq təyyarə və uçan aparatların mühərrikləri üzrə mexanik, pilotsuz uçuş aparatlarının (PUA) təmiri üzrə texnik, yerüstü aviasiya avadanlıqları üzrə mexanik kimi ixtisaslarla yanaşı, bir sıra digər qabaqcıl və innovativ ixtisasların tədrisi planlaşdırılır.