RƏSMİ

01 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 584 nömrəli Qərarı ilə təsdiq edilmiş “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 584 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2531 (Cild I); 2024, № 5 (II kitab), maddə 602; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli 181 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nın “2. Azərbaycan Milli Elmlər Akademiyası üzrə” hissəsinə aşağıdakı məzmunda 2.9-1-ci bənd əlavə edilsin:

“2.9-1. Respublika Seysmoloji Xidmət Mərkəzi;”.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 30 ” “ iyun ” 2025-ci il

№ 187