RƏSMİ

24 İyun

Gömrük borcunun ödənilməsinə dair yeni qayda təsdiqləndi

Finss.az - Bu gün Milli Məclisin iclasında Gömrük Məcəlləsinə dəyişikliklər müzakirə olunub və qəbul edilib.

Yeni qaydalara əsasən, gömrük borcunun ödənilməsi prosedurunda dəyişikliklər ediləcək.

Hazırkı qaydalara görə, gömrük borcu istənilən maraqlı şəxs tərəfindən ödənilə bilərdi. Lakin yeni layihəyə əsasən, gömrük borcu yalnız borclu şəxslər və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş təminat üsullarından istifadə edən və bu təminata görə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə biləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılıb və birinci oxunuşda qəbul edilib. Bu dəyişikliklər gömrük borcunun ödənilməsində şəffaflığı və məsuliyyət prinsipini gücləndirməyi hədəfləyir.