RƏSMİ

24 İyun

Ortamüddətli qeyri-neft gəlir hədəfləri büdcə sənədlərinə daxil edilir

Dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim olunan sənədlərin siyahısı genişləndirilir.

Finss.az xəbər verir ki, bu məsələ Milli Məclisin iyunun 24-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsində dövlət büdcəsinin qeyri-neft gəlirlərinin proqnozlaşdırılması prosesində proqnoz ilə faktiki icra arasında kənarlaşmaların minimuma endirilməsi, həmçinin, büdcə vəsaitlərindən səmərəli istifadənin təmin edilməsi məqsədilə müəyyən edilmiş qeyri-neft gəlirlərinin ortamüddətli dövr üzrə hədəf göstəricisinin dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim olunan sənədlərin siyahısına əlavə edilməsi təklif olunur.