Finss.az - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da BP şirkətinin baş icraçı direktoru Mürrey Aukinklossu qəbul edib.
Görüşdə uzun illərdir Azərbaycan ilə BP arasında davam edən uğurlu əməkdaşlıq məmnunluqla qeyd olunub.
Ölkədə enerji resurslarından əldə olunan gəlirlərin sosial-iqtisadi inkişafa səmərəli yönəldilməsi vurğulanıb. Azərbaycan, bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır.
Həmçinin, karbohidrogen enerji resursları ilə yanaşı, bərpaolunan enerji potensialının da böyük olduğu bildirilib. Bu kontekstdə BP-nin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi layihənin önəmi xüsusi qeyd olunub.
Görüşdə SOCAR ilə BP arasındakı əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.