RƏSMİ

03 İyun

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 avqust tarixli 437 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 645 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. “Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri” sözləri “Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini” sözləri ilə əvəz edilsin;

1.2. “Azərbaycan Respublikası energetika nazirinin müavini” abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:

“Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini”;

1.3. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti” abzası ləğv edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişikliklər barədə Avstriya Respublikası tərəfinə bildiriş göndərsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 iyun 2025-ci il