RƏSMİ

03 İyun

Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası başlayıb

Finss.az – Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası bu gün start götürüb.

İclasın gündəliyinə 7 mühüm qanun layihəsi daxil edilib ki, bunlar ölkənin iqtisadi və sosial sahələrində bir sıra əhəmiyyətli dəyişiklikləri nəzərdə tutur.

İclasda müzakirəyə çıxarılacaq əsas məsələlər aşağıdakılardır:

  1. "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi — birinci oxunuş.

  2. Meşə, Mülki, Vergi, Şəhərsalma və Tikinti Məcəllələri, həmçinin "İcra haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlarda dəyişikliklər.

  3. Vergi Məcəlləsində və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunda dəyişikliklər — ikinci oxunuş.

  4. Torpaq, Mülki Prosessual və Mülki Məcəllələr, "Notariat haqqında" və "İcra haqqında" qanunlarda dəyişikliklər — ikinci oxunuş.

  5. "Yaşayış minimumu haqqında" qanunda dəyişikliklər — ikinci oxunuş.

  6. "Pambıqçılıq haqqında" qanunda dəyişikliklər — ikinci oxunuş.

  7. "Qiymətli kağızlar bazarı haqqında" qanunda dəyişikliklər — ikinci oxunuş.