RƏSMİ

27 May

2024-cü ildə beynəlxalq xərclərdə qənaət qeydə alınıb

Finss.az - Beynəlxalq fəaliyyətlə bağlı büdcədən ayrılan vəsaitin 9,6%-nə qənaət edilib.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”da əksini tapıb.

Hesabatda qeyd edilib ki, ötən il beynəlxalq münasibətlər, xarici yardımlar və beynəlxalq fəaliyyətlə bağlı digər xərclərin 90,4 faizi istifadə olunub.