Finss.az - Nəqliyyat vasitələrinin utilizasiyası fondunun qalığı gəlirlər səviyyəsində olub.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”da əksini tapıb.
Hesabatda qeyd edilib ki, 2024-cü il ərzində Nəqliyyat vasitələrinin utilizasiyası fonduna qanunvericiliyə uyğun olaraq utilizasiya haqqı və sair gəlirlər hesabına daxil olan 52,1 milyon manat məbləğində vəsait hesabat ilində istifadə olunmadığı üçün onun qalığı gəlirləri səviyyəsində olub.