RƏSMİ

08 May

Qızıl və qızıl ərintiləri sahəsində yeni dövlət standartı qəbul edilib

Finss.az - Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ГОСТ 6835:2025 “Qızıl və onun əsasında hazırlanmış ərintilər.

Markalar” yeni dövlət standartı qəbul edilib.

İnstitutun məlumatına görə, bu standart qızıl və onun əsasında hazırlanan qızıl ərintilərinin kimyəvi tərkibini, markalanmasını və istehsalında tətbiq ediləcək texniki tələbləri müəyyənləşdirmək məqsədilə işlənib hazırlanıb.

Yeni dövlət standartının tətbiqi qiymətli metal sənayesində şəffaflıq və etibarlılığın təmin olunmasına, eləcə də beynəlxalq və yerli bazarlarda daha yüksək keyfiyyətli məhsulların təqdim edilməsinə imkan yaradacaq.

Sözügedən standart Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.