Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə” 2005-ci il 15 dekabr tarixli 230 nömrəli və “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2006-cı il 9 fevral tarixli 42 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1230 (Cild I); 2024, № 1, maddə 116, № 2, maddə 208, № 5 (II kitab), maddə 612) ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin qanunvericiliklə müəyyən edilmiş siyahısındakı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyaları və bölmələri üzrə xüsusi icazə verən, ixrac nəzarətini, xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaları, ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarəti həyata keçirən icra hakimiyyəti orqanlarının Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 0-cı kateqoriyanın “0A; 0C; 0D; 0E” bölməsinin 2-ci sütunu aşağıdakı redaksiyada verilsin:
“Nüvə materialları, qurğuları və avadanlıqları - sistemlər, avadanlıqlar və komponentlər, materiallar, proqram təminatı, texnologiya”;
1.2. 0-cı kateqoriyanın “0B” bölməsinin 2-ci sütununda “Nüvə qurğuları, avadanlıqları ilə bağlı ikili təyinatlı mallar” sözləri “Sınaq, nəzarət və istehsalat avadanlığı” sözləri ilə əvəz edilsin;
1.3. 1-ci kateqoriya üzrə:
1.3.1. “1A, 1B, 1C (1C35O; 1C351; 1C352; 1C353; 1C354; 1C450 istisna olmaqla) 1C239” bölməsinin adı aşağıdakı redaksiyada verilsin:
“1A, 1B, 1C (1C350, 1C351, 1C353, 1C354, AZ.1C354.a., AZ.1C354.b., AZ.1C354.c., 1C450 istisna olmaqla) 1C239”;
1.3.2. “1C350; 1C351; 1C352; 1C353; 1C354; 1C450” bölməsinin adı aşağıdakı redaksiyada verilsin:
“1C350, 1C351, 1C353, 1C354, AZ.1C354.a., AZ.1C354.b., AZ.1C354.c., 1C450”;
1.4. 3-cü kateqoriyanın “3A; 3A001; 3A002; 3A201; 3A225-3A230; 3B; 3C; 3D; 3E; 3A231; 3A232; 3A233” bölməsinə “3A233” sözlərindən sonra “; 3A234” sözləri əlavə edilsin;
1.5. 4-cü kateqoriyanın 2-ci sütununda “Hesablama” sözü “Hesablayıcı” sözü ilə əvəz edilsin;
1.6. 5-ci kateqoriyanın 2-ci sütununda “Telekommunikasiya və informasiyanın mühafizəsi” sözləri “Telekommunikasiya və informasiya təhlükəsizliyi” sözləri ilə əvəz edilsin;
1.7. 6-cı kateqoriyanın “6A” bölməsinin 2-ci sütununda “Qəbuledicilər (datçiklər)” sözləri “Sensorlar” sözü ilə, “akustika, optika, lokasiya sistemləri, lazer avadanlıqları” sözləri “sistemlər, avadanlıqlar və komponentlər” sözləri ilə əvəz edilsin;
1.8. 8-ci kateqoriyanın 2-ci sütununda “sualtı aparatlar və suüstü gəmilər, onlar üçün sistemlər, avadanlıqlar, komponentlər, materiallar, “proqram təminatı”, texnologiyalar” sözləri “sistemlər, avadanlıqlar və komponentlər, sınaq, nəzarət və istehsalat avadanlıqları, materiallar, proqram təminatı, texnologiyalar” sözləri ilə əvəz edilsin;
1.9. 9-cu kateqoriyanın 2-ci sütununda “Mühərrik qurğuları, kosmik aparatlar və uyğun avadanlıqlar” sözləri “Aviasiya, kosmonavtika və mühərriklər” sözləri ilə əvəz edilsin;
1.10. “10-İML” kateqoriyası üzrə:
1.10.1. adında “10-İML” sözləri “10” rəqəmləri ilə əvəz edilsin;
1.10.2. “İML1” bölməsi ləğv edilsin;
1.10.3. “PL5002; PL5006; ML5; ML6; PL5031” bölməsindən “; PL5031” sözləri və “ML12; ML13; ML14; PL5034; ML15; ML17” bölməsindən “PL5034;” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 42 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 190 (Cild I); 2024, № 1, maddə 81; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 19 fevral tarixli 26 nömrəli Qərarı) ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin Siyahısı” yeni redaksiyada verilsin (əlavə olunur).
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 21 ” “ aprel ” 2025-ci il
№ 118