RƏSMİ

22 Aprel

Prezident: Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır

Finss.az - Prezident İlham Əliyev Çin Xalq Respublikasının “Sinxua” agentliyinə verdiyi müsahibədə bildirib ki, Çin Azərbaycanın xarici ticarət dövriyyəsində 7,9 faiz payla ölkəmizin 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib. Eyni zamanda, Çin idxalda lider mövqeyə çıxaraq 17,69 faizlik göstəriciyə nail olub.

Dövlət başçısı bildirib ki, iki ölkə arasında hələ də reallaşdırılmamış böyük potensial mövcuddur. O qeyd edib: “Hesab edirəm ki, iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli iqtisadi əlaqələri genişləndirmək, əməkdaşlığın perspektivli istiqamətlərini aşkara çıxarmaq və onları hüquqi müstəvidə bundan sonra möhkəmləndirmək üçün mühüm mexanizmdir. Komissiyanın qərarlarının vaxtında yerinə yetirilməsi səylərimizin uğur qazanmasının rəhni olacaq”.

Zemfira Ms
Finss.az