RƏSMİ

18 Aprel

Hesablama Palatası xarici dövlət borcu və zəmanətləri üzrə əhəmiyyətli uyğunsuzluqlar aşkarlayıb

Hesablama Palatası tərəfindən Maliyyә Nazirliyinin Dövlәt Borcunun vә Maliyyә Öhdәliklәrinin İdarә Edilmәsi Agentliyindә dövlәt borcunun uçotuna dair mәlumatların vә aparılan әmәliyyatların düzgünlüyünün vә tamlığının hesabatlılıqda әks olunma vәziyyәtinin auditi aparılıb. Audit 2023-cü ili әhatә edib.

Bu barədə Finss.az Hesablama Palatasına istinadən xəbər verir ki, ümumilikdә aparılmış audit zamanı Agentlik tәrәfindәn audit qrupuna tәqdim edilәn daxili dövlәt borcu, daxili dövlәt zәmanәti, daxili vә xarici borca xidmәt xәrclәri üzrә müvafiq tәsdiqedici sәnәdlәrlә reyestr kitabında olan mәlumatlar tam hәcmdә öz tәsdiqini tapmış, xarici dövlәt borcunun 1,4%-nin, xarici dövlәt zәmanәtinin isә 63,3%-nin kreditor qurumlar tәrәfindәn tәsdiqlәnmәsi tәmin edilmәyib.

“Hesablama Palatasının Kollegiyası auditin nәticәlәri üzrә Azәrbaycan Respublikası Maliyyә Nazirliyinin Dövlәt Borcunun vә Maliyyә Öhdәliklәrinin İdarә Edilmәsi Agentliyi tәrәfindәn hesabat ilinin sonuna borc hesabatlarında yer alan xarici dövlәt borcu vә xarici dövlәt zәmanәti üzrә faktiki qalıqların beynәlxalq maliyyә-kredit qurumları vә xarici banklar tәrәfindәn tәsdiq edilmәyәn hissәsinin tam hәcmdә üzlәşdirilmәsinin tәmin edilmәsi, 2023-cü ildә kredit müqavilәlәri üzrә әsas borc vә faiz ödәnişlәrinin icrasının tam hәyata keçirilmәsinә baxmayaraq әsas borc vә faiz hesablarında әhәmiyyәtli mәblәğin qәnaәt kimi qalmasını nәzәrә alaraq borca xidmәt xәrclәrinin proqnozlaşdırılması zamanı kredit müqavilәlәri üzrә bir sıra valyutaların ABŞ dollarına nisbәtindә mövcud vә gәlәcәk dövr üçün bazar prinsiplәrinin (mәzәnnә, istinad faizlәr) nәzәrә alınması, hәmçinin dәyişkәn faiz ödәnişlәrindә isә istinad faiz dәrәcәlәrinin hәr bir kredit üzrә bәrabәr yanaşmanın tәtbiq edilmәsi vә kredit müqavilәlәri әsasında әsas borc vә faiz ödәnişlәrinin hәr il üzrә qrafiklәrә uyğun tәnzimlәnmәsi, dövriyyәdә olan istiqraz portfelinin әhәmiyyәtli hissәsinin dövlәt büdcәsindәn birbaşa vә ya müvafiq mәqsәdlәr üçün vәsait almış hüquqi şәxslәrdә cәmlәşmәsini, büdcә ehtiyacları üçün emissiya edilmiş dövlәt istiqrazlarının әsasәn bazarda mövcud olan investorlar tәrәfindәn alınmasını, hәmçinin dövlәt istiqrazlarının әsas borc ödәnişlәrinin yenidәn maliyyәlәşdirilmәsi tәlәbini, eyni zamanda, dövlәt büdcәsi kәsirinin maliyyәlәşdirilmәsi üçün dövlәt istiqrazlarının yeni emissiyasının mövcud daxili bazar prinsiplәri şәraitindә (likvidliyin aşağı olması, investor şәbәkәsinin mәhdudluğu, rәqabәt mühitinin zәif olması) il әrzindә tәlәb olunan vәsaitin qarşılamayacağı riskinin artmasını vә ya qarşılayacağı tәqdirdә isә daha yüksәk faizlәrlә emissiyanın hәyata keçirilәcәyi vә yekunda ilbәil әhәmiyyәtli dәrәcәdә artan faiz xәrclәrinin dövlәt büdcәsinә tәsirini nәzәrә alaraq daxili dövlәt borclanmasının hәcminin dövlәt büdcәsinin icra göstәricilәrinә uyğunlaşdırmaqla hәyata keçirilmәsi, verilmiş tәklif vә tövsiyәlәr istiqamәtindә zәruri tәdbirlәrin hәyata keçirilmәsi vә görülmüş işlәr barәdә Hesablama Palatasına müvafiq mәlumatın tәqdim edilmәsi barәdә Qәrar qәbul edib”-məlumatda qeyd edilib.