RƏSMİ

16 Aprel

Gələn il üçün proqnozlaşdırılan müdafiə və milli təhlükəsizlik xərcləri məlum olub

Gələn il üçün proqnozlaşdırılan müdafiə və milli təhlükəsizlik xərcləri məlum olub.

Finss.az xəbər verir ki, bu, 2026-cı il və sonrakı üç il üçün dövlət büdcəsinin layihəsi üzrə xərclərin funksional təsnifat səviyyəsində göstəricilərində əksini tapıb.

Gələn il bu sahəyə 8 milyard 110 milyon 642.2 min manat ayrılması proqnozlaşdırılır.

Müdafiə və milli təhlükəsizlik xərcləri 2027-ci ildə 7 milyard 345 milyon 473.2 min manat, 2028-ci ildə 6 milyard 979 milyon 393.1 min manat, 2029-cu ildə 7 milyard 402 milyon 393.9 min manat olacaq.