RƏSMİ

16 Aprel

2026-2029-cu illər üzrə dövlət büdcəsinin prioritet istiqamətləri müəyyənləşdirilib

2026-2029-cu illərdə Azərbaycanın dövlət büdcəsi üzrə əsas prioritetlər açıqlanıb.

Finss.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, ötən dörd il ərzində növbəti ortamüddətli dövr üçün hazırlanmış büdcə çərçivəsi sənədlərində yer alan çağırışların əksəriyyəti 2025-2028-ci illərdə də aktuallığını saxlayır.

Əsas büdcə prioritetləri kimi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın icrası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, bu ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası və Böyük Qayıdışın təmin edilməsi, eləcə də ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi göstərilib.

Fuad Mədətov
Finss.az